Marneulidə sahibkarların evinə
Bugün
540
Kriminal
A
Marneulidə sahibkarların evinə "Molotov kokteyli" atılıb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində iki yaşayış evinin həyətinə alışqan maddə ("Molotov kokteyli") atılıb.

Bu barədə Aktaul.ge xəbər portalının sorğusuna məlumatı Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.

Əldə etdiyimiz məlumata görə, hadisə noyabrın 5-i və 6-ı baş verib. Naməlum şəxs və ya şəxslər sahibkarlara məxsus evlərin həyətinə alışqan maddə atıblar. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisələrin motivi hələlik məlum deyil, nə də heçkim bu haqda danışmaq istəmir.

Əldə edilən məlumata görə, hadisə ilə əlaqədar bu mərhələdə heç kim saxlanılmayıb.

DİN-dən Aktual.ge-yə bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi (əmlakın zədələnməsi və ya məhv edilməsi) ilə istintaq başlanılıb.

ŞƏRH YAZ
4