Etibar Eminov Müftiliyin illik fəaliyyəti ilə bağlı hesabat verib
Bugün
20
Din
A
Etibar Eminov Müftiliyin illik fəaliyyəti ilə bağlı hesabat verib

Marneuli Bələdiyyəsinin İkinci Kosalı kəndində yerləşən İslam Mədrəsəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi Gürcüstan Müftiliyinin illik fəaliyyətinə həsr olunmuş görüş keçirilib.

Aktual.ge xəbər verir ki, bu barədə BGMİ-nin Şərqi Gürcüstan müftisi Etibar Eminov sosial şəbəkədə məlumat yayıb.

Görüşdə Etibar Eminov il ərzində həyata keçirilən fəaliyyətlər, görülən işlər, əldə olunan nəticələr və qarşılaşılan çətinliklər barədə hesabat verib.

O, həmçinin BGMİ tərəfindən nəşr olunan yeni kitabları iştirakçılara təqdim edib, onların məzmunu və əhəmiyyəti haqqında danışıb.

Görüş imamlar və din xadimləri arasında fikir mübadiləsi, müzakirələr və gələcək fəaliyyətlərin dəyərləndirilməsi ilə davam edib.

ŞƏRH YAZ
0