Qardabanidə iş adamının avtomobili gülləbaran edilib
22.11.2026 19:36
558
Siyasət
A
Qardabanidə iş adamının avtomobili gülləbaran edilib

Qardabani bələdiyyəsinin Qaracala kəndində iş adamı Durik Hacıyevin avtomobili silahlı hücuma məruz qalıb.

Bu barədə Aktual.ge xəbər portalına yerli sakinlər məlumatı təsdiqləyib.

Mövcud məlumata görə, iş adamının avtomobilinə öz restoranının qarşısında silahlı hücum olub, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hücumun motivi bu mərhələdə məlum deyil. İddialara görə, maliyyə məsələsidir. 

Polis artıq hadisədən agahdır və araşdırma aparılır.

ŞƏRH YAZ
2