Baş nazir Mdinaradzenin mühafizəsinin dayandırılması barədə sərəncam verib
22.11.2026 12:46
282
Siyasət
A
Baş nazir Mdinaradzenin mühafizəsinin dayandırılması barədə sərəncam verib

Gürcüstanın keçmiş Baş nazirin müavini və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Mamuka Mdinaradzenin dövlət mühafizəsi dayandırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin noyabrın 20-də imzaladığı sərəncamda qeyd olunub.

Sərəncamla Gürcüstan hökumətinin 2026-cı il sentyabrın 8-də qəbul etdiyi, hökumətin keçmiş üzvü Mamuka Mdinaradzeyə dövlət mühafizəsinin təyin edilməsi ilə bağlı 2078 nömrəli qərar qüvvədən düşmüş hesab edilib.

Baş nazirin sərəncamında deyilir:

“Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq, Gürcüstan hökumətinin keçmiş üzvü Mamuka Mdinaradzeyə dövlət mühafizəsinin təyin edilməsi ilə bağlı Gürcüstan hökumətinin 2026-cı il sentyabrın 8-də qəbul etdiyi sərəncam qüvvədən düşmüş hesab edilsin”.

ŞƏRH YAZ
1