Marneulidə “Magniti” supermarketi qarət edilib - VİDEO
29.11.2026 13:31
215
Kriminal
A
Marneulidə “Magniti” supermarketi qarət edilib - VİDEO

Marneulidə “Magniti” supermarketi qarət edilib.

Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə gecə saat 04:00 radələrində baş verib.

Hadisə yerindən əldə edilən məlumata görə, üç nəfər gənc supermarketin əsas giriş qapısını sındıraraq içəri daxil olub və külli miqdarda siqarət oğurlayıb.

İlkin məlumata əsasən, mağazaya dəymiş maddi zərərin 1000 lariyə qədərdir..

Daxili İşlər Nazirliyindən Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, istintaq 177-ci maddəsi (Özgənin əmlakının gizli yolla mənimsənilməsi — oğurluq) ilə başlayıb.

ŞƏRH YAZ
3