Azərbaycanın televiziya kanallarının FREKANS KODLARI YENİLƏNİB
28.01.2022 19:01
46113
Maraqlı
A
Azərbaycanın televiziya kanallarının FREKANS KODLARI YENİLƏNİB

"Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən yüksək dəqiqlikli (HD) formatda yayıma keçəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) məlumat yayıb.

Bildirilib ki, format dəyişikliyi "Azərkosmos", Milli Televiziya və Radio Şurası, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Qeyd olunub ki, yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək. HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq. Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.

ŞƏRH YAZ
21