Kateqoriyalar
Gürcüstanın Tbilisi şəhərində “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Aktual.ge xəbər verir ki, təlim Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə baş tutur.
Nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Təlim oktyabrın 8-dək davam edəcək.