Kateqoriyalar
Xobi bələdiyyəsinin Çaladidi kəndində, Tsivi çayında 50 yaşadək bir kişinin meyiti tapılıb.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, mərhum Abxaziyadan olan məcburi köçkündür.
Yerli sakinlərin bildirdiyinə görə, qonşular və yaxınları onu iki gün ərzində axtarırmış.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis cəlb olunub. Mərhumun meyiti ekspertizaya göndərilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır ki, bu da intihara təhrik etmə maddəsini nəzərdə tutur.