Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin əməkdaşları avtomobil oğurluğu ittihamı ilə 2012-ci il təvəllüdlü yeniyetmə saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Bildirilib ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs gizli şəkildə, qanunsuz mənimsəmə məqsədilə vətəndaşa məxsus “Ford” markalı avtomobili ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
“2012-ci il təvəllüdlü yeniyetmə, keçmişdə nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı təxminən 30 fakta görə ifşa olunub – hələ hüquqi məsuliyyət yaşına çatmadığı dövrdə.
İş üzrə aparılmış operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları yeniyetməni təqsirləndirilən şəxs qismində saxlayıb, oğurlanmış avtomobil isə maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.