Kateqoriyalar
Bu gün, günün birinci yarısında İkinci Kosalı–Marneuli yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge-nin məlumatına görə, “Opel” markalı avtomobilin sürücüsü — İkinci Kosalı kənd sakini Rasim Məmmədov qəfil idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Hadisə zamanı ağır xəsarət alan, 55 yaşdan aşağı olan kişi təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
