Azyaşlı şəxsin də iştirak etdiyi oğurluq hadisəsi | 42 mobil telefon aparılıb - VİDEO
09.05.2026 12:29
598
Kriminal
A
Azyaşlı şəxsin də iştirak etdiyi oğurluq hadisəsi | 42 mobil telefon aparılıb - VİDEO

Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə 1 nəfəri saxlayıb, daha 3 nəfəri isə ifşa ediblər.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, azyaşlı təqsirləndirilən şəxs əlbir olduğu şəxslərlə birlikdə Tbilisi şəhərində yerləşən mağazalardan birinə qanunsuz daxil olub, oradan müxtəlif modellərə aid 42 mobil telefon və pul vəsaitini oğurlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi qısa müddətdə saxlayıblar. Polis oğurlanan əşyaların bir hissəsini maddi sübut kimi götürüb.

Qurumun açıqlamasına əsasən, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
4