Qarşıdakı günlərdə gözlənilən hava şəraiti | RƏSMİ PROQNOZ
11.05.2026 11:47
317
Maraqlı
A
Qarşıdakı günlərdə gözlənilən hava şəraiti | RƏSMİ PROQNOZ

Yaxın günlərdə isti hava fonunda Gürcüstanda qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata əsasən, paytaxt Tbilisidə 12-13 may tarixlərində qısamüddətli yağış və şimşək gözlənilir, 14 mayda isə yağmursuz hava olacaq. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə təşkil edəcək.

Sahil bölgəsi:

Batumi, Kobuleti, Anaklia, Poti: 12-13 may tarixlərində qısamüddətli yağış və şimşək gözlənilir, 14 mayda isə hava açacaq. Havanın temperaturu gündüz +22, +24 dərəcə olacaq.

Kartli bölgəsi:

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali: qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə olacaq.

Kaxeti:

Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə olacaq. 

ŞƏRH YAZ
0