24 may tarixində Rustavi şəhərində yerləşən "Rustavi Sport Palace" arenasında “Imperium Championship 1” adlı beynəlxalq döyüş təşkilatı ilk tədbirini keçirəcək.
Aktual.ge xəbər verir ki, yarış tədbiri çərçivəsində 10 yerli idmançı 10 xarici rəqibə qarşı döyüşəcək. Gecəyə müxtəlif ölkələrdən tanınmış idmançıların və idman ictimaiyyətinin nümayəndələrinin də gəlməsi gözlənilir.
İştirakçılar sırasında dünya şöhrətli idmançı Zabit Səmədov kimi məşhur adların da tədbiri izləyəcəyi bildirilir.
Gecənin əsas döyüşündə Gürcüstan və Türkiyəni təmsil edən kikboks üzrə dünya çempionu Kənan Bayramov Tacikistanlı Abubakr Qodirjonov ilə çempionluq kəməri uğrunda qarşılaşacaq.
İkinci əsas döyüşdə isə Gürcüstanı təmsil edən Emil Xəlilov Hollandiyalı Soufian Houli ilə Avropa çempionluğu kəməri uğrunda mübarizə aparacaq.
Tədbirdə həmçinin bir sıra yerli idmançılar da xarici rəqiblərinə qarşı rinqə çıxacaq.
“Imperium Championship 1” təşkilatının tam şəkildə reallaşmasına və inkişafına dəstək məqsədilə Gürcüstanlı iş adamı Nariman Bayramovun rəhbərlik etdiyi “Lunar Invest” şirkəti sponsorluq edir. Şirkət gənc idmançıların karyera inkişafına maddi və mənəvi dəstək göstərməyi hədəfləyir.
Bilet əldə etmək üçün əlaqə nömrəsi: +995510004111
(R)

