SON DƏQİQƏ! Gürcüstanın yeni patarixı Şio Mujiri seçildi
11.05.2026 16:11
412
Siyasət
A
SON DƏQİQƏ! Gürcüstanın yeni patarixı Şio Mujiri seçildi

Son dəqiqə xəbəri: Tbilisidəki Sameba Kafedral Kilsəsində keçirilən genişləndirilmiş kilsə məclisində Gürcüstanın yeni Patriarxı olaraq 57 yaşlı mitropolit Şio seçilib.

Aktual.ge xəbər verir ki, Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş məclisi 22 səslə Senaki və Çxorotsku mitropoliti, patriarxlıq taxtının müvəqqəti rəhbəri Şionu Mtsxeta-Tbilisi baş yepiskopu, Bıçvinta və Suxumi-Abxaziya mitropoliti, həmçinin bütün Gürcüstanın Katolikos-Patriarxı seçib.

Patriarxlığa digər namizədlərdən Urbnisi və Ruisi yeparxiyasının mitropoliti İob 9 səs, Poti və Xobi mitropoliti Qriqoli isə 7 səs toplayıb. Bir səs etibarsız sayılıb.

Patriarxlıq taxtının müvəqqəti rəhbəri mitropolit Şio — Senaki və Çxorotsku mitropoliti, dünyəvi adı ilə Elizbar Muciri, II İliyanın qərarı ilə artıq 9 ildir patriarxlıq taxtının müvəqqəti rəhbəri vəzifəsini icra edirdi. O, xüsusi xidmətlərinə görə skufiyasına brilyant xaç taxmaq hüququ verilmiş xorepiskopdur. Batumi Ruhani Seminariyasını və Moskva Ruhani Akademiyasını bitirib.

Gürcüstanın yeni Katalikos-Patriarxı Şio Mujiri dosye

Patriarxlığın rəsmi səhifəsində yer alan bioqrafik məlumata əsasən, mitropolit Şio 1 fevral 1969-cu ildə Tbilisidə anadan olub. Tbilisidəki 53 saylı orta məktəbi bitirib, daha sonra təhsilini Tbilisi Dövlət Konservatoriyasının violonçel sinfində davam etdirib.

1991-ci ildə Şiomğvime monastırının itaətkarı olub.

1993-cü ildə, 24 yaşında rahibliyə qəbul edilərək ona Şio adı verilib.

1995-ci ildə diakon təyin olunub.

1996-cı ildə rahib-diakon Şio məhz Katolikos-Patriarx II İliya tərəfindən keşiş təyin edilib.

1997-ci ildə Tbilisinin Kldisubani rayonundakı Müqəddəs Georgi kilsəsinin rəhbəri təyin olunub.

3 aprel 1998-ci ildə keşiş-rahib Şioya qızıl xaç daşımaq hüququ ilə iqumen rütbəsi verilib və o, İlyas Peyğəmbər məbədinin rəhbəri təyin edilib.

Ançisxati və Narikala kilsələrində fəaliyyət göstərdikdən sonra, 2001-ci ilin oktyabrından etibarən Moskvadakı Gürcü icmasının Müqəddəs Georgi adına məbədinin rəhbəri olub.

18 avqust 2003-cü ildə iqumen Şio yeni yaradılmış Senaki və Çxorotsku yeparxiyasının rəhbəri təyin edilib, 2009-cu ildə isə baş yepiskop olub.

2010-cu ildə bütün Gürcüstanın Katolikos-Patriarxının xorepiskopu vəzifəsinə təyin edilib.

25 dekabr 2007-ci ildə yepiskop Şio Müqəddəs Georgi ordeni ilə təltif olunub. 21 iyun 2018-ci ildə isə ona skufiyada brilyant xaç daşımaq hüququ verilib.

Ali təhsili ilə bağlı məlumata görə, o, 1998-ci ildə Batumi İohann İlahiyyatçı Ruhani Seminariyasını bitirdikdən sonra təhsilini Moskva Ruhani Akademiyasının qiyabi şöbəsində davam etdirib.

2001-ci ildən — Moskvadakı Gürcü icmasının məbədinə rəhbərlik etdiyi dövrdə paralel olaraq Moskvanın Müqəddəs Tixon İlahiyyat İnstitutunda da təhsil alıb.

ŞƏRH YAZ
8