“Mitropolit Şio Mujirinin Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri — Patriarx seçilməsi münasibətilə onu səmimi qəlbdən təbrik edirik”.
Aktual.ge xəbər verir ki, bunu Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov sosial şəbəkədə paylaşımında yazıb.
III Şio Mujirinin Gürcüstanın yeni Katolikos-Patriarxı seçilməsi münasibətilə təbriklərini ifadə edən müfti qeyd edib:
“Bu son dərəcə məsuliyyətli və şərəfli missiyada ona möhkəm cansağlığı, səbir və dözümlülük arzulayırıq. İnanırıq ki, onun rəhbər seçilməsi ənənəvi dəyərlərin möhkəmlənməsinə, ictimai həmrəyliyin güclənməsinə və ölkəmizdə sülh şəraitində birgəyaşayışın inkişafına mühüm töhfə verəcək.
Ölkəmizin gücü hər zaman müxtəlif dini mənsubiyyətə malik insanlar arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə əsaslanıb. İnanırıq ki, dini institutlar arasında əməkdaşlıq və dialoq bundan sonra da Gürcüstanda sabitliyin, qarşılıqlı hörmətin və birliyin əsas dayaqlarından biri olacaq.
Qoy Uca Yaradan Vətənimizi qorusun, ölkəmizə sülh, inkişaf və rifah bəxş etsin.
Hörmətlə, Bütün Gürcüstan Müsəlmanları İdarəsi”.