Avropa ölkələrindən 3 ayda 692 Gürcüstan vətəndaşı deport edilib
12.05.2026 11:08
193
Siyasət
A
Avropa ölkələrindən 3 ayda 692 Gürcüstan vətəndaşı deport edilib

2026-cı ilin yanvar–mart ayları ərzində Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan 692 Gürcüstan vətəndaşı ölkəyə geri qaytarılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2026-cı ilin birinci rübü üzrə statistik hesabatında məlumat yer alıb.

Rəsmi statistikaya əsasən, 2026-cı ildə ən çox Gürcüstan vətəndaşı Almaniyadan geri göndərilib.

Nazirliyin məlumatına görə, Gürcüstan vətəndaşlarının ən çox geri qaytarıldığı ilk 10 ölkə bunlardır:

  • Almaniya — 377 nəfər
  • Fransa — 104 nəfər
  • İtaliya — 40 nəfər
  • Polşa — 30 nəfər
  • İsveçrə — 22 nəfər
  • Yunanıstan — 21 nəfər
  • İrlandiya — 18 nəfər
  • İspaniya — 14 nəfər
  • Hollandiya — 14 nəfər
  • Belçika — 11 nəfər.

Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı arasında “İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-də qüvvəyə minib. Sazişə əsasən, Aİ ərazisində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması həyata keçirilir.

ŞƏRH YAZ
1