Yeni Patriarx III Şio taxta çıxıb
12.05.2026 11:48
236
Siyasət
A
Yeni Patriarx III Şio taxta çıxıb

Svetitsxoveli Kafedral Kilsəsində yeni seçilmiş patriarx, bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi Başepiskoposu, Biçvinta və Tsxum-Abxaziya mitropoliti III Şionun taxta çıxma mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, Svetitsxoveli Kafedral Kilsəsində keçirilən təntənəli liturgiya zamanı yeni patriarxa idarəçilik simvolları təqdim olunub. Bunlara patriarxlıq mitrası, həmçinin kunkul-bartğuli (baş geyimi), xaç-panagiya və əsa daxildir. Eyni zamanda, patriarxın taxta çıxma mərasiminin əsas hissəsinin sonunda yeni seçilmiş patriarx III Şionun başına qədim patriarxlıq mitrası qoyulub.

Bütün Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi Başepiskoposu, Biçvinta və Tsxum-Abxaziya mitropoliti III Şionun intronizasiya mərasimi Sinod üzvləri və digər din xadimlərinin iştirakı ilə keçirilən təntənəli dini ayinlə başlayıb.

Bayram ibadəti Svetitsxoveli Kafedral Kilsəsində saat 10:00-da başlayıb.

Məbəddə hökumət və Nazirlər Kabinetinin üzvləri də iştirak edirlər. Həmçinin “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili də mərasimdə iştirak edir.

ŞƏRH YAZ
3