Aİ ölkələri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterini təsdiqləyib
16.06.2026 09:36
227
Dünya
A
Aİ ölkələri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterini təsdiqləyib

Avropa İttifaqının bütün üzv ölkələri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterinin açılmasına razılıq veriblər.

Aktual.ge xəbər verir ki, bu barədə Avropa Komissiyası sosial şəbəkədə yazıb.

“Bu gün biz üzvlük prosesinin əsaslarını əhatə edən danışıqlara başlayırıq. Buraya ədalət mühakiməsi, azadlıq və fundamental hüquqlar daxildir”, – Avropa Komissiyası bildirib.

Qeyd olunub ki, genişlənmə Avropa İttifaqının strateji seçimidir.

“Biz bu ölkələrin gördüyü işi böyük görürük və bunu onların irəliləyişinə aydın şəkildə qiymət verməklə təsdiqləyirik. Genişlənmə sülh, təhlükəsizlik və rifah naminə ortaq gələcəyimizə etdiyimiz ən yaxşı investisiyadır”, – Avropa Komissiyası bəyan edib.

ŞƏRH YAZ
2