Kateqoriyalar
Urekidə dəniz axını Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb; xilasedicilər tərəfindən sudan çıxarılan gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Aktual.ge xəbər verir ki, zərərçəkənlərdən birinin vəziyyəti kritik olub. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının həkimlərinin səylərinə baxmayaraq, onun dünyasını dəyişdiyi bildirilib.
Məlumata görə, dünyasını dəyişən şəxs 21 yaşlı gəncdir.
Xilas edilən digər üç nəfərin sağlamlıq vəziyyəti stabildir, onların həyatı üçün hər hansı bir təhlükənin olmadığı öyrənilib.