Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Dəmyə-Gorarxı kənd sakinlərinin maddi dəstəyi ilə İmam Hüseynin (ə) adına ehsan süfrəsi təşkil olunub.
Aktual.ge xəbər verir ki, mərasimdə yerli sakinlərlə yanaşı, ətraf kənd və qəsəbələrdən gələn qonaqlar da iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra çıxış edən din xadimi Dr. Hacı Seyid Mirismayıl Əsədov İmam Hüseynin (ə) Kərbəla hadisəsindən çıxarılan ibrətamiz dərslərdən, həmçinin o həzrətin müsəlmanlara miras qoyduğu məktəb və dəyərlərdən bəhs edib.
Ehsan süfrəsinin sonunda mərasimin təşkilində əməyi olan kənd sakinlərinə təşəkkür edilib, bu xeyirxah əməlin Allah dərgahında qəbul olunması dilənib.

