Beynəlxalq qumar platformaları Gürcüstan bazarında: Vətəndaşlar üçün giriş bağlanır
24.06.2026 00:59
695
Maraqlı
A
Beynəlxalq qumar platformaları Gürcüstan bazarında: Vətəndaşlar üçün giriş bağlanır

Parlamentdə oyun biznesi üçün yeni kateqoriyalı icazə çərçivəsinin tətbiqini nəzərdə tutan yeni qanunvericilik paketi irəli sürülüb.

Aktual.ge xəbər verir ki, qanun layihəsinin izahlı sənədində qeyd olunub ki, dəyişiklik beynəlxalq operatorların cəlb edilməsinə kömək edəcək və eyni zamanda Gürcüstan vətəndaşlarının mümkün təsirlərdən əlavə müdafiəsini təmin edəcəkdir.

Məlumat üçün bildirək ki, “Lotereyalar, azart və qazanclı oyunların təşkili haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı paketin müəllifləri parlament üzvləri: Şota Berekiaşvili, Giorgi Barvenaşvili, Tornike Berekiaşvili, Anton Obolaşvili və Mariam Laşxidir.

Layihəyə əsasən, Gürcüstanda yeni kateqoriyalı icazə çərçivəsinin tətbiqi nəticəsində digər ölkələrdə qeydiyyatdan keçmiş oyun biznesi operatorları Gürcüstan bazarına qanuni yolla daxil olacaqlar, lakin onların internet səhifələrinə Gürcüstan vətəndaşlarının girişi avtomatik olaraq qadağan ediləcək.

Daha dəqiq desək, dəyişiklik nəticəsində oyun biznesi sahəsində aşağıdakı fəaliyyət növləri üçün yeni kateqoriyalı icazələr tətbiq olunacaq:

- Sistem-elektron formada kazino oyunlarının beynəlxalq təşkili;

- Sistem-elektron formada oyun avtomatı oyunlarının beynəlxalq təşkili;

- Sistem-elektron formada totalizator oyunlarının beynəlxalq təşkili.

Qanun layihəsinin izahlı vərəqində vurğulanıb ki, beynəlxalq təşkilatçılıq icazəsinə sahib olanların sistem-elektron formada təşkil etdikləri oyunlarda iştirak etmək hüququna yalnız xarici ölkə vətəndaşları/vətəndaşlığı olmayan şəxslər malik olacaqlar və müvafiq oyunlarda Gürcüstan vətəndaşlarının iştirakına icazə verilməyəcək.

Bu məhdudiyyətlə yanaşı, bu tip icazə sahiblərinə mövcud qanunvericiliklə sistem-elektron formada kazino, oyun avtomatları və totalizator oyunlarının təşkili üçün icazə alan/sahib olanlar üçün müəyyən edilmiş eyni icazə şərtləri, hüquq və vəzifələr şamil ediləcək.

Rüsum və cərimələrin həcminə gəldikdə, sənəddə qeyd olunduğu kimi, 5 il müddətinə verilən hər bir icazə növü üçün illik 100 000 lari məbləğində icazə rüsumu ödəniləcək.

Bununla yanaşı, icazə sahibləri üçün əlavə olaraq mənfəət vergisi müəyyən edilib ki, bu da aylıq olaraq qəbul edilən mərclər (fərziyyələr) ilə verilən uduşlar arasındakı fərqin 5%-ni təşkil edir.

Qeyd olunub ki, qanun layihəsi yuxarıda sadalanan icazələrin sahibləri üçün icazə rüsumunun ödənilmə müddətinin pozulması və icazə şərtlərinin digər şəkildə pozulması halında 20 000 lari məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.

ŞƏRH YAZ
6