Kateqoriyalar
Marneuli Mərkəzi Hz İmam Əli (ə) Məscidinin axundu, imamcümə Hacı Hacıyev və Hz İmam Əli (ə) Fondunun rəhbəri Hacı Amil Xəlilov Tehranda keçiriləcək İranın şəhid ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün rəsmi dəvət alıblar.
Bu barədə Aktual.ge xəbər portalının sorğusuna din xadimi Hacı Hacıyev məlumat verib.
İmamcümə bildirib ki, dəvət Ayətullah Seyid Müctəba Xameneinin dəftərxanası tərəfindən göndərilib və səfər iyulun 2-dən 6-dək davam edəcək.