Marneulidə “İki təkərli arzu” sənədli filmin təqdimatı keçirilib
30.06.2026 17:47
207
Siyasət
A
Marneulidə “İki təkərli arzu” sənədli filmin təqdimatı keçirilib

27 iyun tarixində “Tea House”-da mərkəzin könüllüsü Amina Əhmədova tərəfindən çəkilən “İki təkərli arzu” sənədli filmin təqdimatı baş tutub.

Aktual.ge xəbər verir ki, film motosiklet idman növü üzrə Gürcüstan çempionatının gümüş medalçısı, Marneuli sakini Emil Mamedovun fəaliyyəti və nailiyyətlərini əks etdirir.

Tədbirin açılışını Emin Əhmədov edib, iştirakçıları salamlayaraq layihənin ideyası haqqında məlumat verib. Daha sonra Amina Əhmədova sənədli film barədə ətraflı məlumat verib.

Ardınca “Borçalı Moto Klub”un üzvü İlkin Məmmədov, “OXU Təhsil Mərkəzi”nin rəhbəri Murad Muradov və iştirakçılardan Venera Mumladze çıxış edərək film haqqında təəssüratlarını bölüşüblər.

Emil Mamedov çıxış edərək iştirakçılara təşəkkürünü bildirib və gələcək planlarından danışıb.

Çıxışlardan sonra “İki təkərli arzu” sənədli filminə baxış keçirilib. Sonda xatirə şəkilləri çəkdirilib.

ŞƏRH YAZ
3