Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İranda Ayətullah Əli Xameneyinin dəfn mərasimində iştirak edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat verilib.
“Gürcüstan Prezidenti Mixeil Kavelaşvili region ölkələrinin, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və digər ölkələrin liderləri ilə birlikdə İranda Ayətullah Əli Xameneyinin dəfn mərasimində iştirak edəcək”, - deyə Prezident Administrasiyasından bildirilib.
Məlumat üçün qeyd edək ki, İranın “WANA News” xəbər agentliyinin məlumatına görə, planlaşdırılan qrafikə uyğun olaraq, vəfat etmiş liderin nəşi Tehran və Qumda keçirilən mərasimlərdən sonra İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə İrana gətirləcək Məşhəddə dəfn ediləcək.
Rəsmi qrafikə əsasən, vida mərasimi 4 iyul saat 06:00-da Tehranın İmam Xomeyni müsəllasında (Cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer - Red.) başlayacaq və 5 iyul saat 20:00-dək davam edəcək. Dəfn namazı iyulun 5-i səhər saatlarında qılınacaq. Tehran, Qum və İraqdakı mərasimlərdən sonra mərhum lider cümə axşamı, 9 iyul tarixində Məşhəd şəhərində torpağa tapşırılacaq.