Kateqoriyalar
Marneuli bələdiyyəsinin kəndlərindən birində orta yaşlı kişi bıçaqlanıb.
Aktual.ge-nin xəbərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.
Mövcud məlumata görə, bir neçə yerindən bıçaq xəsarətləri alan orta yaşlı kişi reniamasiya şöbəsinə yerləşdirilib.
Hadisənin tam təfərrüatları bu mərhələdə məlum olmasa da, əldə edilən məlumata görə, qanlı hadisənin motivi ticarət üstündə baş verib.
Aktual.ge xəbər portalı hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlamağa çalışır.