Kateqoriyalar
Riyaziyyat və məntiq müəllimi Atif Abbasovun müəllifi olduğu “Abituriyentlər üçün nəzərdə tutulan sınaq imtahanları – Test toplusu” adlı kitab çapdan çıxıb.
Aktual.ge xəbər portalına müəllifin verdiyi məlumata görə, kitab “1+4” modeli çərçivəsində son illərin qəbul imtahanı formatı nəzərə alınaraq hazırlanıb.
Atif Abbasov bildirib ki, nəşrdə həm əvvəlki illərin imtahan modelləri, həm də builki qəbul imtahanlarında təqdim oluna biləcək ehtimal olunan sual tiplərinə uyğun testlər yer alıb.
Kitab verbal və riyazi hissələr üzrə testlərdən, eləcə də sınaq imtahanlarından ibarətdir. Müəllifin sözlərinə görə, vəsait abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmasına kömək etmək məqsədilə hazırlanıb.