Tbilisidə qanlı qarşıdurma: Vaşlicvaridə iki nəfər odlu silahla yaralanıb - FOTO
Bugün
311
Siyasət
A
Tbilisidə qanlı qarşıdurma: Vaşlicvaridə iki nəfər odlu silahla yaralanıb - FOTO

Tbilisidə qanlı qarşıdurma baş verib.

Aktual.ge xəbər verir ki, paytaxtın Vaşlicvari rayonunda iki nəfər yaralanıb (Odlu silahla). Yerli sakinlər gecə saatlarında atəş səsləri və qarşıdurma eşitdiklərini bildiriblər. Məlumata görə, yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Bu mərhələdə hadisənin təfərrüatları məlum deyil.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 236-cı maddələri üzrə aparılır. Bu maddələr qəsdən sağlamlığa ağır xəsarət yetirmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutur.

Hazırda saxlanılan şəxs barədə əlavə məlumat yayılmayıb.

Qarşıdurmanın görüntüləri sosial şəbəkələrdə yayılır.

ŞƏRH YAZ
0