Gürcüstanla Türkiyə beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib
Bugün
65
Siyasət
A
Gürcüstanla Türkiyə beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Türkiyə arasında beynəlxalq avtomobil yük daşımaları üçün rəqəmsal icazə sənədlərinin tətbiqinə başlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Quru Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni sistemin tətbiqi ilə Gürcüstan və Türkiyə arasında beynəlxalq yükdaşımaları həyata keçirən daşıyıcılar icazə sənədlərindən tam rəqəmsal formatda istifadə edə biləcəklər.

Məlumata əsasən, bu yenilik inzibati prosedurları sadələşdirəcək, kağız daşıyıcıların istifadəsini minimuma endirəcək, icazələrin verilməsi və yoxlanılması prosesini sürətləndirəcək, eyni zamanda beynəlxalq yükdaşımalarının səmərəliliyini artıracaq.

Gürcüstanın Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin sözlərinə görə, rəqəmsal icazə sistemi ikitərəfli prinsip əsasında fəaliyyət göstərəcək və hər iki ölkə icazə sənədlərinin qeydiyyatı və mübadiləsi üçün vahid elektron platformadan istifadə edəcək. Bu isə məlumat mübadiləsini sürətləndirəcək, texniki və inzibati gecikmələri azaldacaq, beynəlxalq avtomobil yükdaşımalarının idarə edilməsində daha şəffaf və müasir mexanizm formalaşdıracaq.

Agentlikdən bildirilib ki, növbəti mərhələdə digər tərəfdaş ölkələrlə də icazə sistemlərinin mərhələli şəkildə rəqəmsal formata keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, Türkiyə ilə rəqəmsal icazə sisteminin və Avropa Nəqliyyat Nazirləri Konfransının çoxtərəfli icazə sistemi (ECMT) elektron mexanizminin tətbiqi beynəlxalq avtomobil yükdaşımaları sahəsinin inkişafında mühüm addımdır və Gürcüstanın regional tranzit mərkəzi kimi mövqeyinin güclənməsinə, həmçinin beynəlxalq ticarətin asanlaşdırılmasına töhfə verəcək.

ŞƏRH YAZ
2