Marneuli merinin qardaşının məhkəmə prosesi növbəti dəfə taxirə salınıb
05.07.2026 22:36
411
Kriminal
A
Marneuli merinin qardaşının məhkəmə prosesi növbəti dəfə taxirə salınıb

Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Aktual.ge-nin verdiyi xəbərə görə, 3 iyul tarixində Bolnisi Rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə iclası 4 avqust saat 14:00-a təyin edilib.

Prosesin hansı səbəbdən təxriə salındığı məlum deyil. 

Qeyd edək ki, 100 min lari məbləğində girov təklif olunmasına baxmayaraq, aprelin 8-də Marneuli Magistr Məhkəməsinin hakimi Qvança Çikovani Kənan İsmayılov barəsində həbs qətimkan tədbiri seçib.

Növbəti məhkəmə iclası Bolnisi Rayon Məhkəməsində iyunun 19-na təyin edilmişdi, lakin həmin gün proses baş tutmayıb və iclas iyulun 3-nə təxirə salınıb.

Nə baş vermişdi?

Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O qeyd etmişdi ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.

Hadisədən sonra Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yerli mediaya Kənan İsmayılovun saxlanıldığını və faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə istintaq başladıldığını açıqlayıb.

Aprelin 8-də isə Gürcüstan Baş Prokurorluğu hadisə ilə bağlı istintaqın Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi - qrup halında sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə davam etdirildiyini bildirib.

 

ŞƏRH YAZ
2