Bugün
299
Hadisə
A
"Səbəbini bilmirik, bərpa işləri aparılır" | Elektrik Sistemi iddiaları təkzib edir

“Səbəbini bilmirik, bərpa işləri aparılır. Hamı iş başındadır və elektrik enerjisinin verilişinin mümkün qədər tez bərpa olunması üçün çalışırıq”.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi "Tvpirveli"nin sorğusuna cavab olaraq bildirib.

Qurum sosial şəbəkələrdə Elektrik Sistemi adından yayılan və genişmiqyaslı elektrik kəsintisinin səbəbinin Gürcüstan-Türkiyə arasındakı elektrikötürücü xəttdə baş vermiş qəza olduğu barədə açıqlamanın həqiqiliyini təkzib edir.

Qeyd edək ki, 24 iyul, 00:11 radələrindən paytaxt Tbilisi və Gürcüstanın əksər bələdiyyələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.

ŞƏRH YAZ
1