Bu bölgələrə qar yağacaq
09.12.2025 00:52
1277
Maraqlı
A
Bu bölgələrə qar yağacaq

Dekabrın 9-u Gürcüstanda əsasən yağıntısız hava gözlənilir, 10–11 dekabrda isə bəzi yerlərdə yağış yağacaq, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə 9 və 11 dekabrda yağıntısız hava gözlənilir, 10 dekabrda isə yağış və duman olacaq. Tbilisidə gündüz hava temperaturu +11, +13 dərəcə olacaq.

Sahil bölgəsi:

Batum, Kobuleti, Anakliya və Potidə 9 dekabrda əsasən yağıntısız hava gözlənilir, 10–11 dekabrda yağış yağacaq. Gündüz hava temperaturu +14, +16 dərəcə olacaq.

Kartli bölgəsi:

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tskhinvalidə 9 dekabrda əsasən yağıntısız hava gözlənilir, 10–11 dekabrda bəzi yerlərdə yağış yağacaq. Gündüz temperatur +11, +13 dərəcə olacaq.

Kaxeti bölgəsi:

Saqareco, Telavi, Quurcani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta və Dədəplsitskaro 9 dekabrda əsasən yağıntısız hava gözlənilir, 10–11 dekabrda bəzi yerlərdə yağış yağacaq. Gündüz temperatur +12, +14 dərəcə olacaq.

ŞƏRH YAZ
7