Tbilisi və regionlarda qanunsuz odlu silah müsadirə edilib: 5 nəfər saxlanılıb
09.08.2026 13:25
172
Kriminal
A
Tbilisi və regionlarda qanunsuz odlu silah müsadirə edilib: 5 nəfər saxlanılıb

Tbilisi, Kvemo Kartli, İmereti, Şida Kartli və Samtsxe-Cavaxeti polis departamentlərinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş polis-profilaktik tədbirlər nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə beş nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat verib.

“Təqsirləndirilən şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində maddi sübut kimi müxtəlif modelli odlu silahlar və döyüş sursatı, o cümlədən 2 avtomat, 3 tapança, 6 daraq, səsboğucu və 41 patron götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0