Qadına hücum edib qiymətli əşyalarını ələ keçirməyə çalışan şəxs saxlanılıb
09.08.2026 19:50
360
Kriminal
A
Qadına hücum edib qiymətli əşyalarını ələ keçirməyə çalışan şəxs saxlanılıb

İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları hakimin qərarı əsasında quldurluqda ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxsi saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs Kutaisidə yaşayış evlərindən birində qadına hücum edib, onu fiziki zorakılığa məruz qoyub və qiymətli əşyalarını oğurlamağa cəhd edib.

"İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyulun 11-də Kutaisidə qadının yaşadığı evə hücum edib, onu döyüb, tapança ilə hədələyərək qiymətli əşyalarını ələ keçirməyə cəhd edib və hadisə yerindən qaçıb.

Zərərçəkmiş qadın müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsin kimliyini müəyyən edərək onu təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır. Bu maddə 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0