09.08.2026 15:03
213
Siyasət
A
"SOCAR Georgia Gas"ın Direktoru Mariam Valişvili ilə Natela Əlləzovanın "Xüsusi Reportajı" - VİDEO

Son vaxtlar Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qaz təchizatı ilə bağlı yaranmış gərginliklə əlaqədar Tbilisidə SOCAR-ın Gürcüstan nümayəndəliyində - "SOCAR Georgia Gas" şirkətinin direktoru Mariam Valişvili ilə Aktual.ge xəbər portalının jurnalisti Natela Əlləzova arasında "Xüsusi Reportaj" çəkilib.

Aktual.ge həmin "Xüsusi Reportaj" təqdim edir:

Lisenziyanın ləğvi ilə bağlı yekun qərarı Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası, yəni SEMEK iyulun 30-da qəbul edib. Qərar kifayət qədər izahlı idi, burada lisenziyanın hansı səbəblərdən ləğv edildiyi ilə bağlı bütün arqumentlər öz əksini tapmışdı. Səbəb sistematik pozuntulardır.

Artıq 2020-ci ildən etibarən “Mamed” MMC tərəfindən lisenziya şərtlərinin sistematik şəkildə pozulması baş verirdi , həm tariflərlə, həm də xidmətlə bağlı. Onun qaz üzrə kifayət qədər böyük borcu var. Əhaliyə qazın verilməsi “SOCAR”ın hesabına həyata keçirilir, cənab Nəriman isə artıq uzun illərdir ki, kifayət qədər böyük məbləğ ödəməyib.

Bütün bunlar 2020-ci ildən davam edir və bu sistematik pozuntular, eləcə də bununla bağlı verilmiş çoxsaylı xəbərdarlıqlar və sənədlər nəticə etibarilə S.E.M.E.K.-i “Mamedqaz”ın lisenziyasının ləğvi barədə qərar qəbul etməyə gətirib çıxardı.

Xatırlayırıq ki, bu hadisələr iyun ayından başladı. Məhz qanunsuz hərəkətlər və pozuntular səbəbindən Qızılhacılı sakinlərinin qaz təchizatı dayandırıldı. Əhali arasında böyük narazılıq yarandı və sual ortaya qoyuldu: qaz niyə dayandırıldı?

“Mamed” MMC-nin prezidenti cənab Nəriman qanunvericiliklə bağlı kifayət qədər məlumatı olmayan insanlardan istifadə etməyə çalışır. Cənab Nəriman özü nə qanunları, nə normativ sənədləri, nə müqavilə münasibətlərini, nə borcu, nə də cərimələri qəbul edir. O, hər şeyi məhkəmələrdə mübahisələndirir və ən əsası, bu məhkəmə proseslərini uduzur.

Buna görə də onun, təbii olaraq, qərardan məhkəməyə şikayət vermək hüququ var. Lakin beş il ərzində heç bir məhkəmə prosesini uda bilməyib. Ona cərimələr tətbiq olunub. Bu cərimələr, əslində, lisenziya şərtlərinin pozulmasına görə dövlət büdcəsinə ödənilən cərimələrdir və onlar dəfələrlə tətbiq olunub.

Hazırda “Mamed” MMC-nin lisenziyası yoxdur, o, artıq lisenziya sahibi deyil. Lakin həmin insanlara xidmət göstərilməsi lazımdır. “SOCAR Georgia Gas” şirkətinin özünün Qızılhacılı kəndində 2014-cü ildən lisenziyası var. O cümlədən, orada bizim bir neçə abonentimiz var və biz onlara xidmət göstəririk. Bildiyiniz kimi, Marneuli də bizim lisenziya ərazimizdir və ümumilikdə bütün Gürcüstan ərazisində fəaliyyət göstəririk.

Bu lisenziya bizdə əvvəldən mövcud idi, sadəcə, “Mamedqazın" lisenziya ərazisinə müdaxilə etmirdik, öz abonentlərimizə xidmət göstərirdik. Bu məsələyə qarışmaq istəmirdik.

Buna görə də, baş vermiş pozuntulardan sonra qəbul edilmiş qərar əsasında artıq “Mamed GAS” lisenziya sahibi deyil. Bəs qazpaylayıcı şirkət kimi həmin əraziyə kim daxil olmalıdır? Axı mütləq hansısa lisenziya sahibi olmalıdır. “Mamed” MMC artıq bunu edə bilməz.

Sual edirəm o zaman bu işi həyata keçirəcək lisenziya sahibi kimdir? S.E.M.E.K.-in qərarı ilə birbaşa bizə tapşırıldı ki, sizin bunun üçün texniki imkanlarınız və ixtisasınız var; Gürcüstan miqyasında həyata keçirdiyiniz analoji xidməti burada da göstərə, qazpaylama prosesini həyata keçirə bilərsiniz.

Və bizə tapşırıldı ki, avqustun 1-dən etibarən qazpaylama fəaliyyətini həyata keçirək.

S.E.M.E.K. tariflə bağlı qərarı dəyişməz saxladı, çünki hazırda tarifə yenidən baxılmasının və sair məsələlərin vaxtı deyil. “Mamed GAS”ın fəaliyyəti dövründə olduğu kimi, sosial abonentlər üçün tarif 47 tetri olaraq saxlanıldı. Onsuz da uzun müddətdir ki, tarif 47 tetri təşkil edir.

Həmçinin komissiyanın qərarında qeyd olunur ki, onun sahib olduğu əmlak , köhnə infrastruktur, mülkiyyət, eləcə də qazpaylayıcı aktivlər, yəni qaz boru kəmərləri , təxminən 500 min lari dəyərindədir. Tarif məqsədləri üçün aparılmış auditdə də bu məbləğ belə qiymətləndirilib.

Müvafiq olaraq, S.E.M.E.K.-in lisenziyanın ləğvi ilə bağlı prosesə başladığını öyrəndiyimiz kimi, mən şəxsən cənab Nərimanla bir neçə dəfə əlaqə saxladım. Ona dedim ki, görüşək, əməkdaşlıq etməliyik, başqa çıxış yolu yoxdur.

Lisenziyanın ləğvi ilə bağlı yekun qərar qəbul edilməmişdən əvvəl mən şəxsən Marneuliyə getdim. O, görüşə gəlmədi və ümumiyyətlə əlaqə saxlamırdı. Mənə deyirdi: “Sizinlə danışmağa heç bir sözüm yoxdur”.

Bir sözlə, onun tərəfindən heç bir konstruktiv addım atılmadı.

Daha sonra birbaşa onun ofisinə getdim, şəxsən görüşməyə çalışdım. Ona dedim ki, bu qərarla bağlı proses artıq 100 faiz başlayıb, cəmi bir neçə gün qalıb. Bəs onda nə edirik? Axı bu insanlar qazsız qala bilməzlər.


Siz artıq qaz təchizatını həyata keçirə bilməzsiniz, qazpaylama fəaliyyəti üzrə lisenziyanız ləğv edilib. Bizə isə infrastruktura çıxış lazımdır. Onun buna dözmək öhdəliyi var. Buna baxmayaraq, “Mamedqaza” məxsus bu qaz kəmərləri ictimai xidmət üçün fəaliyyət göstərməlidir. Bu səbəbdən onları belə özbaşına kəsmək, sökmək, aparmaq, ayırmaq və ya fəaliyyətini dayandırmaq olmaz. Belə bir şey etmək mümkün deyil. Hər şeyin öz qaydası var.

Cənab Nərimana dedim ki, biz bir-birimiz olmadan bu məsələdən çıxa və razılığa gələ bilmərik. Çünki sizdə infrastruktur var, bizdə isə qaz var. Ümumiyyətlə, bu məsələ ilə bağlı bizim tərəfdən heç bir təşəbbüs olmayıb, bu, indi bizim üzərimizə düşən öhdəlikdir. Qərarda birbaşa yazılıb ki, bu iş bizə tapşırılıb , Qızılhacılı kəndində xidmət göstərməli və hər yerdə olduğu kimi, burada da bütün abonentlərə xidmət göstərməliyik.

O isə buna qarşı çıxdı və dedi ki, razı deyil və qaz kəmərlərini söküb aparacaq. Mən ona deyirəm ki, bu məsələyə konstruktiv yanaşmaq lazımdır. Əgər nəyəsə etiraz edirsinizsə və ya hər hansı qərarla razı deyilsinizsə, məhkəmədə mübahisələndirə bilərsiniz. Necə ki, son 5 ildə mübahisələndirir və məhkəmələrə müraciət edirsiniz. Lakin buna baxmayaraq, heç birini udmursunuz. Bu isə ona görə baş verir ki, qanun onun tərəfində deyil, məntiq də onun tərəfində deyil.

Mən təklif etdim ki, icarə müqaviləsi bağlayaq. Mən sizə müəyyən, ağlabatan çərçivədə xidmət haqqı ödəyim, bu şəbəkəyə biz nəzarət edək, həmin insanları qazla təmin edək və onlara xidmət göstərək. Lakin cənab Nərimanın yanaşması belədir: “Xeyr, boru mənimdir, qaz mənimdir”. Bu cür yanaşma ilə məsələ həll olunmur.

Buna görə də, qanunvericiliklə üzərimizə düşən öhdəliklərə uyğun olaraq fəaliyyətə başladıq, çünki bu razılaşmanı əldə etmək mümkün olmadı. İctimai maraqlara xidmət edən infrastruktur olduğu üçün onun buna dözmək öhdəliyi var.

Əhali arasında məlumatlandırma və müraciətlərin qəbuluna başladıq. Bildiyiniz kimi, çoxsaylı elanlar verdik, insanlara bütün lazımi təlimatları təqdim etdik. Bütün kommunikasiya vasitələri ilə , telefon, Viber, WhatsApp vasitəsilə müraciət etmək mümkün idi ki, qeydiyyat qısa müddətdə həyata keçirilsin. Yəni abonent, üzv olmaq istəyini bildirməlidir. Burada fərdi məlumatlarla bağlı məsələlər və müəyyən prosedurlar var.

Daha sonra əhali tədricən müraciət etməyə başladı. Şənbə günündən etibarən fəaliyyətə başladıq. İnsanlara hər cür dəstək göstəririk.

Həmçinin işin daha asan və sürətli həyata keçirilməsi üçün kənddə müraciətlərin qəbul edildiyi məntəqə açdıq. Kənd administrasiyasında da operator yerləşdirdik ki, insanlara yaxın olsun. Əməkdaşlarımızı da oraya göndərdik ki, məsələlər yerində və daha asan həll olunsun.

Cənab Nəriman isə bunu yanlış şəkildə təqdim etdi və guya evlərə daxil olaraq insanların qazını kəsdiyimizi bildirdi. Halbuki orada heç bir qaz kəsilməsi olmayıb.

Onu da qeyd etmək lazımdır ki, əhali onun mövqeyini tam şəkildə bölüşmür. Onun istifadə etdiyi bir neçə nəfər var. Özü isə heç çölə çıxmır. Mən şəxsən onun yanına getmişəm və o, qanunla hüquqi əlaqəsi olmayan müxtəlif hekayələr danışır.

Bundan əlavə, "Mamedqazın" bir neçə kommersiya obyekti var. Onun obyektlərindən heç biri qeydiyyatdan keçməyib. Bütün bu müddət ərzində onlar qazdan qanunsuz istifadə edirlər. Belə vəziyyətdə lisenziya sahibinin qazı kəsməkdən başqa nə edə biləcəyi sual doğurur.

Qeyd etmək lazımdır ki, digər kommersiya obyektləri qeydiyyatdan keçib, əhalinin də bir hissəsi qeydiyyatdan keçib. Hazırda təxminən 400 abonent "Socar Georgia Gas"da qeydiyyatdan keçib. Onlar əvvəllər də bizə müraciət edirdilər ki, bizi sizin abonentiniz kimi qeydiyyata alın. Lakin həmin dövrdə bizim bu ərazi üzrə lisenziyamız yox idi və heç nə edə bilmirdik. İndi isə bunu etmək imkanımız var.

Müvafiq olaraq, bu qanunsuz hərəkətlərə görə bütün kəndin qazını kəsmək olmaz. Bütün bunlara hüquqi qiymət versək, Nərimanın kommersiya obyektləri qazdan qanunsuz istifadə edir. Biz də fəaliyyətimizə məhz kommersiya obyektlərindən başladıq. Qazdan qanunsuz istifadə edən kommersiya obyektləri ilə bağlı tədbirlərə ilk olaraq başladıq.

Qeydiyyatı avqustun 8-dək davam etdirdik. Avqustun 8-dək insanlar hələ də qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

Əslində, abonent olmadığın halda Nəriman ona kimin qazını verir? Onun qazı yoxdur, lisenziyası yoxdur. Bəs nə baş verir? Deməli, nəticə etibarilə kimsə bu qazı oğurlayır.

Yəni lisenziyanın ləğvindən, avqustun 1-dən etibarən, həmin tarixdən sonra Qızılhacılı ərazisində , həm kommersiya obyektləri, həm də əhali tərəfindən , istehlak edilmiş bütün qazın haqqı “SOCAR”a ödənilməlidir.

Müvafiq olaraq, biz qeyd etməliyik ki, qanunvericiliklə üzərimizə qoyulmuş öhdəliyi yerinə yetirə bilməmişik, çünki bu məsələ ilə bağlı qarşıdurma mövcuddur və qanunun izahına əsasən bu ziddiyyətin həlli də kifayət qədər çətinləşir.

Ən pis tərəfi isə odur ki, müraciət edən əhali əslində normal xidmət istəyir, qaz istəyir və istehlak etdiyi qazın haqqını ödəmək istəyir. Lakin son 3 ay ərzində cənab Nəriman tarifi 3 dəfə dəyişib , bir dəfə 1,37 lari olub, digər dəfə isə 1,29 lari.

Bizdə isə Gürcüstan ərazisinin böyük hissəsi üçün tarif 57 tetri təşkil edir. Qızılhacılı üçün isə bu halda, “Mamed”in fəaliyyəti dövründə müəyyən edilmiş tarifə uyğun olaraq, 47 tetri ilə hesablanma aparılacaq. Bu tarif bizim fəaliyyətimiz dövründə də normal şəkildə qüvvədə saxlanılacaq.


Cənab Nəriman bu məsələyə biznes prizmasından yanaşır , deyir ki, “7 tetri çox az mənfəətdir, mən 7 tetri ilə necə biznes qurmalıyam?” Belə şeylər deyir. Qoy özü qərar versin: işi qanun çərçivəsində görmək istəyir, yoxsa qanunsuz şəkildə. Qanunsuzluq da, əlbəttə, qanunsuzluq kimi qiymətləndiriləcək.

Onun hazırkı borcu 700 min laridir və bu məbləğ hər gün artır. Bax, burada, sənəddə, qərarda yazılıb ki, 2026-cı il mayın 19-na olan vəziyyətə görə onun borcu 700 min lari təşkil edir və bu borc bu günə qədər artmaqda davam edir. Məhz buna görə iyun ayında qazın verilişi dayandırıldı və həmin vaxt əhali arasında da böyük narahatlıq yarandı.

Bu vəziyyətdə S.E.M.E.K. bizə bildirdi ki, lisenziyanın ləğvi ilə bağlı prosesə başlayırıq. Əslində, bütün bu hadisələrin pik nöqtəsi bu idi. Yəni son mərhələ qazın verilişinin dayandırılması oldu. Çünki faktiki olaraq belə nəticə yaranırdı ki, onun qanunsuz hərəkətləri nəticəsində əhali zərər çəkir, lakin əhali bunun səbəbini tam başa düşə bilmirdi.

Onların kifayət qədər əsaslı arqumentləri var və deyirlər: “Nəriman mənə qaz verirdi və mən də bunun haqqını ödəyirdim. Bəs niyə belə olur? Yəni bu adamın qanunsuz hərəkətlərinə görə niyə əhali zərər çəkməlidir?”

Onu da qeyd etmək istəyirəm ki, bizim ümumiyyətlə “Mamed”lə heç bir ümumi işimiz yoxdur. Mənim fikrimcə, onun problemi qanunla bağlıdır. Hazırda o, bu infrastrukturu müəyyən ödəniş qarşılığında, icarə müqaviləsi əsasında bizə təqdim etməlidir və qanun ona belə bir hüquq verir. Bu, onun mülkiyyətidir, lakin qaz onun mülkiyyəti deyil.

Əgər qazın verilişi bərpa olunmasa və xidmət göstərilməsi mümkün olmasa, qərarda mənə həmçinin tapşırılıb ki, ağlabatan müddət ərzində alternativ infrastruktur yaratmalıyam. Bunu bir gün ərzində həyata keçirə bilmərəm, lakin layihələndirmə işlərinə başlayacağıq. Çünki yeni şəbəkə çəkilməli və yeni sayğac uçotu qovşaqları quraşdırılmalıdır.

Çünki mən, lisenziya sahibi olaraq, abonent olmayan şəxsin qazını qanunla kəsmək hüququna malikəm. Nərimanın çoxlu sayda kommersiya obyekti var və prinsip etibarilə heç bir obyektini qeydiyyatdan keçirmir. Qazdan istifadəni qanunsuz şəkildə davam etdirir. Buna görə də biz də müvafiq tədbir görməliyik və bu tədbir qazın kəsilməsi olacaq.

İlk qeydiyyat mərhələsini avqustun 5-dək uzatdıq. Hər gün insanların yanına gedir və onlara izah edirdik. Lakin bunu elə tərcümə edib, elə təqdim etdilər ki, guya biz insanların evlərinə basqın edirdik. Bu, yalandır.

Sadəcə, qeydiyyat üçün müəyyən prosedurlar tələb olunur. Məsələn, sayğacın göstəricisi təqdim edilməlidir, şəxsiyyət vəsiqəsi göstərilməlidir, mülkiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Bu prosesin sadələşdirilmiş formada həyata keçirilməsi üçün müəyyən nüanslar var.

Əslində, gördük ki, Nərimanın apardığı spekulyasiyalar fonunda ilk 2-3 gün ərzində heç bir aktivlik yoxdur. Buna görə çoxsaylı elanlar verdik , həm gürcü, həm də Azərbaycan dillərində. İnsanlara nələri, harada və necə təqdim etməli olduqlarını, bütün lazımi təlimatları ətraflı izah edirdik.

Yəni bu passivlik fonunda insanların yanına getdik. Lakin Nəriman bunu çox təxribatçı formada təqdim etdi.

Əhali ilə keçirilən bu görüşü niyə başqa cür təqdim etdi? Bunun evlərə basqın etməklə nə əlaqəsi var? Sayğaclar evlərdə yerləşir və istehlakçı sənədə imza atmalıdır. İstəmirsə, imza atmaya bilər. Prinsip isə belədir: “SOCAR Georgia Gas”ın abonenti olmaq istəyirsənsə, qeydiyyatdan keçməlisən.

Biz ona rəsmi məktub da göndərmişik və bildirmişik ki, icarə müqaviləsi bağlamağa hazırıq. Ona dedik ki, vaxtında bizə bildirin, nəyi və necə etməliyik.

Mənim üzərimdə belə bir öhdəlik var ki, onun mülkiyyətindən istifadə etdiyimiz üçün ona mütləq ədalətli kompensasiya ödəməliyik.

S.E.M.E.K. isə mənə bildirir ki, əgər “Mamed GAS” bu mülkiyyətdən istifadə etməyimizə razılıq verməsə, artıq qanunu pozmuş olur. Əlbəttə, onun bunu bizə pulsuz vermək öhdəliyi yoxdur. Bunun üçün müəyyən məbləğdə ödəniş edilməlidir və mən də məhz buna görə icarə müqaviləsi təklif edirəm.

Digər tərəfdən, S.E.M.E.K. məni öhdələndirir ki, gedib ağlabatan müddət ərzində yeni şəbəkə qurum. Bunun üçün mən Qızılhacılı kəndində hansı investisiyaları həyata keçirəcəyimiz barədə onlara məlumat verməliyəm. Bu, bizə verilmiş tapşırıqdır.

Əgər mən və cənab Nəriman razılığa gələ bilməsək, mən bunu həyata keçirməliyəm. Yəni həmin insanları yenidən qazla təmin etmək üçün qazlaşdırmanı sıfırdan həyata keçirməliyəm.

“Socar Georgia Gas”ın abonenti olmaq istəməyən şəxs, deməli, qaz istəmir. İnsanlara demək istəyirəm ki, qaz təchizatı hüququ lisenziyası olan şəxsə məxsusdur. Çünki lisenziya yalnız müəyyən fəaliyyəti həyata keçirmək hüququ deyil, həm də öhdəlik deməkdir.

Yəni lisenziya sahibi öz xidmətini istəyən istehlakçıya, müəyyən edilmiş tarif və keyfiyyət standartlarına uyğun olaraq, qazı təmin etməli və xidmət göstərməlidir , təbii ki, istehlakçı ödənişini etdiyi halda.

Bu, lisenziya sahibi kimi sənin qanuni öhdəliyindir. Əgər abonent “SOCAR”ın abonenti olmaq istəmədiyinə qərar verirsə, deməli, qazdan qanunsuz istifadə edir.

Qaz oğurluğu isə qanunla cəzalandırılır. Cənab Nərimanın etdiyi də məhz budur. O, öz obyektlərini və bizneslərini oğurlanmış qaz hesabına fəaliyyət göstərdirir.


S.E.M.E.K.-in öz qərarında da yazılıb ki, məhkəmələrdə mübahisələr davam edir. Yəni şəhər məhkəməsində də işə baxılıb. Deməli, artıq bir neçə məhkəmə prosesi olub və o, bunların hamısında "Mamed GAS" uduzub və bütün bunları məhkəmədə mübahisələndirib.

Məsələn, 2024-cü ildə məhkəməyə müraciət edib, iddiası təmin olunmayıb. 2025-ci ildə yenidən şikayət verib və yenə təmin olunmayıb. Sonrakı instansiyada da onun tələbi təmin edilməyib və qəbul edilmiş bütün qərarlar qüvvədə saxlanılıb.

Onun iddiaları təmin olunmayıb və məhkəmənin indiyədək qəbul etdiyi bütün qərarlar bu gün də qüvvədədir. Məhkəmə onun mövqeyini və fikirlərini qəbul etməməsinə baxmayaraq, özü hələ də deyir ki, məhkəmədə iş gedir, əvvəlcə qərar qəbul edilməlidir və s.

Halbuki məhkəmənin indiyədək qəbul etdiyi bütün qərarlar qüvvədədir və heç nə dəyişməyib. Lakin o, bunu qəbul etmir.

Hüquqi baxımdan məhkəmədə vəziyyət belədir ki, qərar qəbul edilməyənə qədər hər hansı tədbir görülmür. Lakin burada artıq qərar qəbul edilib və hər şeyin qüvvədə saxlanılması barədə qərar var. Buna baxmayaraq, o bunu qəbul etmir və özünəməxsus şərhlər verir.

Yəni bu insan qanunu qəbul etmir, qərarı qəbul etmir, cərimələri qəbul etmir. Cərimələrin bəziləri ondan məcburi qaydada tutulub. Qazın haqqını ödəmir, spekulyasiya edir. Əhalini bizə qarşı kökləyir ki, “SOCAR”ın abonenti kimi qeydiyyatdan keçməsinlər və faktiki olaraq insanları qanunsuz fəaliyyətə sövq edir.

Əslində, insanlara deyir ki, “Mən necə edirəmsə, siz də qazı oğurlayın”. Belə bir şeyə yol vermək olmaz.

Əhalinin məlumatlandırılması istiqamətində dəfələrlə açıqlamalar vermişik, qeydiyyatın necə aparılmalı olduğuna dair təlimatlar təqdim etmişik və müddəti də bir qədər uzatmışıq. Gərginliyin artmasını heç istəmirik və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi edirik.

Əməkdaşlarımıza da bildirmişik ki, artıq evlərə getməsinlər, kəndin özündə də qapı-qapı dolaşmasınlar. Xidmət mərkəzi fəaliyyət göstərir, kənd administrasiyasında da əməkdaşlar oturur və müraciətləri qəbul edirlər.

Mən əhaliyə müraciət edirəm ki, Nərimanın etdiyi kimi qanunsuz fəaliyyəti davam etdirməsinlər, qanunsuzluğa yol verməsinlər. Lakin onlar bunu bəlkə də tam başa düşmürlər, çünki Nəriman onların məlumatsızlığından istifadə edərək spekulyasiya edir.

Bir daha təkrar edirəm: mən bu məsələyə çox konstruktiv yanaşıram. Ümid edirəm ki, cənab Nəriman nəhayət müəyyən məsələləri anlayacaq və bu məsələyə konstruktiv yanaşacaq.

Heç kim onun əmlakını əlindən almır. Lakin heç kim ona oğurlanmış qaz hesabına biznes qurmaq hüququ da verməyəcək.

Buna görə də onun əmlakı var. Bu, faktdır. Reyestrdən çıxarış var və orada onun mülkiyyətində olan əmlak açıq şəkildə görünür.

Bizə, yəni “SOCAR Georgia Gas” şirkətinə "Mamed GAS" şirkətinin infrastrukturu lazımdır. Onun bu infrastruktura çıxışımızı qadağan etmək hüququ yoxdur. Mövcud vəziyyət bundan ibarətdir.

Mən ona rəsmi şəkildə də məktub göndərmişəm. Şəxsən ofisinə getmişəm, lakin özü mənimlə görüşmür. Mən şəxsən onun ofisinə gedərək əməkdaşlıq təklif etmişəm. Çünki o, insanlar naminə özünün bu yanlış mövqeyindən əl çəkməlidir. Nəticədə zərər çəkən əhali olur.

Necə ki, onun qazın haqqını ödəməməsi səbəbindən əhali zərər çəkib, eyni şəkildə əhalini bizimlə qeydiyyatdan keçməməyə çağıran təbliğatı da insanlara zərər vurur. Çünki heç kim insanlara qazı pulsuz verməyəcək. Belə bir şey heç yerdə yoxdur.


5. Həmin coğrafi ərazidə onun bir neçə növ biznesi var , binalardan tutmuş torpaq sahələrinə və digər fəaliyyət sahələrinə qədər. Əlbəttə, bir iş adamı kimi öz biznesini aparmaq, gəlir əldə etmək hüququ var. Lakin bunu başqasının hesabına etmək olmaz.

O, qazpaylama üzrə lisenziyalı fəaliyyətini də 5 ildir başqasının hesabına həyata keçirir. Bu insanlara yalan danışır, guya onların qayğısına qalan, onları himayə edən şəxs özüdür və s. Halbuki bu müddət ərzində borclarına görə onun başına gələnlər baş verdi.

Əgər o, düzgün davransaydı, qanuna əməl etsəydi və ödənişlərini həyata keçirsəydi, müvafiq olaraq yenə də lisenziya sahibi olardı.

Bu fəaliyyət qanunla çox detallı şəkildə tənzimlənir. Şirkət öz abonentinə xidmət göstərməli, təhlükəsiz və etibarlı qaz təchizatını təmin etməli, qəza baş verdikdə lazımi tədbirlər görməli, sayğacların saz vəziyyətdə olmasını təmin etməli, uçotu düzgün aparmalı, abonentə qəbz təqdim etməli və ödənişi qəbul etməlidir. Ödəniş edilmədikdə isə qaz təchizatı dayandırılmalıdır.

Xidmətin bütün dövrü bundan ibarətdir. Bu şəxs isə bunların heç birini etmirdi. Tarifləri də normal şəkildə müəyyən etmirdi. Necə ola bilər ki, 1,40 tetri və bundan başqa bu kimi müxtəlif qiymətlər müəyyən edəsən? İki həftədən bir, günaşırı qiymətləri dəyişəsən, müxtəlif tariflər açıqlayasan.

Mən əhalinin buna necə razı olduğunu və üç dəfə daha yüksək tarif ödəməyə necə razılaşdığını təəccüblə qarşılayıram.

Nəticə etibarilə biz bilirik ki, bizə qarşı olan insanların sayı çox azdır. Sadəcə, cənab Nəriman insanların loyallığından və bizim qanuna riayət etməkdə yüksək standartlara əməl etməyimizdən istifadə edir.

Biz heç vaxt qanunsuzluğa yol vermirik və xüsusilə də Nərimanın özünün törətdiyi qanunsuzluqlar səbəbindən əhalinin zərər çəkməsini qətiyyən istəmirik.

Niyə? Əhaliyə seçim hüququ verək , “SOCAR”ın abonenti olmaq istəyirlər, yoxsa yox. Bu isə faktiki olaraq onların qaz istəyib-istəməməsi deməkdir.

Cənab Nərimanın avqustun 1-dən etibarən artıq heç bir hüququ yoxdur. O, hazırda qanunsuz fəaliyyətlə məşğuldur və bununla yanaşı, “SOCAR Georgia Gas”ın qazını oğurlayır. Qazdan qanunsuz istifadə edir.


Dünən biz əhali ilə qapı-qapı görüşərək qeydiyyatla bağlı məlumatlandırma aparanda bunun nəticəsi oldu , 250-dən 300-ə qədər abonent qeydiyyatdan keçdi. İnsanlar müraciət edirlər. Amma baxın, Nəriman bunu necə yanlış təqdim edib və buna necə yanlış ad verib , guya biz kiminsə evinə zorla daxil oluruq.

Bu, Nərimanın yaydığı yalanların məhz belə tirajlanmasıdır. O, gündəlik ünsiyyətdə olduğu bir neçə nəfərdən istifadə edir. Çünki həmin insanları işlə təmin edib və onlarla müəyyən maliyyə münasibətləri var.

Onu da deməliyəm ki, onun kifayət qədər böyük əmlakı var. Bu əmlakı həmin insanların hesabına, oğurlanmış qaz və digər bu kimi vasitələr hesabına əldə edib.

Axı o, insanlardan pul alır. Biznesmendir. Ölkənin qanunlarına hörmət etmədən bu ölkədə necə biznes aparmaq olar? Elə buna görə də onun çoxsaylı cərimələri var və belə davam edərsə, tezliklə müflis olacaq.

Bəs bunun ucbatından niyə əhali zərər çəkməlidir? Əgər 50 nəfər onun bu cəfəng fikirlərinin və təxribatlarının arxasınca gedirsə, bu, onların öz seçimidir. Amma kütləvi şəkildə bizə müraciət etdiklərini bilirik. Eyni zamanda S.E.M.E.K.-ə də tez-tez müraciət edirlər ki, “Bizə kömək edin, bizə yardım göstərin”.

Bu tariflərə görə insanlar artıq çaşqın vəziyyətə düşüblər. Deyirlər ki, 1,37 lari və 1,29 lari haradan çıxıb? Belə qiymət heç yerdə yoxdur , nə Tbilisidə, nə də başqa yerdə.

Ən əsası isə budur ki, bu, sosial sektordur və dövlət bu sektoru subsidiyalaşdırır.

Nəticə etibarilə, bilirsiniz, o kimin qazını oğurlayır? Biz bu vəsaiti dövlətə , Gürcüstanın Neft və Qaz Korporasiyasına, yəni dövlət şirkətinə ödəyirik. Deməli, o qazı bizdən oğurlayanda, biz məcbur oluruq ki, həmin məbləği sonradan dövlətə ödəyək.

Çünki söhbət tranzit boru kəmərlərindən və digər mənbələrdən təmin edilən, dövlət tərəfindən subsidiyalaşdırılan sosial qazdan gedir. Dövlət bu qazı əhaliyə təqdim edir, Nəriman isə həmin vəsaiti öz cibinə qoyur. Bu, doğrudan da, ağlasığmaz vəziyyətdir.

Buna görə də bir daha təkrar edirəm: cənab Nərimanın bizimlə icarə müqaviləsi bağlamaq üçün tam hüququ var. Lakin indi təxminən 500 min lari dəyərində olan əmlak üçün 10 milyon dollar tələb edir. Bu isə tamamilə ağlasığmazdır.

Müvafiq vəziyyət belə davam edərsə, biz qaz təchizatını mütləq dayandırmalı olacağıq. Bu vəziyyət belə davam edə bilməz.

Ona görə də bir daha deyirəm: qərarı əhali verməlidir , bu yalanların içində yaşamağa davam etmək istəyirlər, yoxsa qanun çərçivəsində hərəkət etmək istəyirlər?

Çünki cənab Nərimanın artıq belə bir hüququ yoxdur. O, özünü və bizneslərini əhalinin hesabına xilas etməyə çalışmamalıdır.

Mən başa düşürəm ki, onun biznesləri orada bir çox insanı işlə təmin edir. Başa düşürəm ki, bir çox insan onun yanında çalışır. Amma bir daha deyirəm: heç kim cənab Nərimana qazdan istifadə edərək biznes qurmaq hüququ verməyəcək. Xüsusilə də onun qanunsuz hərəkətləri səbəbindən əhalinin zərər çəkməsinə qətiyyən yol verilməyəcək.

Biz əhaliyə hər cür dəstək göstərməyə hazırıq. Mən oradakı baş ofisdə də olmuşam. Biz bütün lazımi dəstəyi və xidmətləri göstərməyə hazırıq ki, bu insanları maksimum şəkildə qəbul edək, onlara istiqamət verək, qeydiyyatdan keçirək və onların həqiqətən layiq olduqları xidməti göstərək.

İnsan ödəniş edir və xidmət almaq istəyirsə, təbii ki, şirkətin məsuliyyəti ona müvafiq xidməti göstərməkdir.


Nəriman insanları qorxudur və deyir ki, “İndi sizin qazınızı kəsəcəyəm, əgər SOCAR-da qeydiyyatdan keçsəniz”. İnsanlar bizimlə əlaqə saxlayanda bizə deyirlər ki, Nəriman belə söyləyir: “Sizin qazınızı kəsəcəyəm”. Mən isə deyirəm: əgər bizimlə qeydiyyatdan keçməsəniz, qazınızı biz kəsəcəyik".

O, müəyyən təxribatlar təşkil edə bilər, amma biz maksimum dərəcədə neytral davranmışıq. Gördüyünüz kimi, orada polisin olmasının səbəbi də budur ki, hər halda insani faktorlar var, kiminsə təxribat törətməsinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə polis səfərbər edilmişdi.

Çünki onun daim tapşırıq verdiyi bir neçə adam var: “Bunu et, onu et”. Mən də başa düşürəm, çünki həmin insanlara dolanışıq imkanı yaradır. Onlar da nə etsinlər? İşlərini itirəcəklər və s. Amma bu, bütün əhali demək deyil, yəni əksəriyyət deyil. Bunlar onun istifadə etdiyi bir neçə on nəfərdir.

Bu adam mənimlə Şevardnadze dövrünün qanunları ilə danışır və insanlar bəlkə də ümumiyyətlə söhbətin hansı qanundan getdiyini bilmirlər. Onun hansı cərimələri ödədiyini də bilmirlər.

Qeydiyyat müddətinə gəlincə, bu qeydiyyatı sonsuza qədər uzada bilmərik. Fakt budur ki, aktivlik yoxdur. Əhali müəyyən qərara gəlməlidir, vəziyyətin aydınlaşması və prosesin sürətlənməsi lazımdır.

Biz avqustun 8-dən sonra mütləq əraziyə gedəcəyik və vəziyyəti yerində izah edəcəyik. Yəni insan fiziki olaraq gəlib qeydiyyatdan keçə bilmirsə, problem yoxdur. Amma prinsipial olaraq bizim abonentimiz olmaq istəmirsə, o zaman qazı olmayacaq. Çox sadədir.

WhatsApp və Viber vasitəsilə bütün prosedurları həyata keçirmək mümkündür. Əgər aktivlik olmasa, biz insanlarla şəxsən görüşmək üçün əraziyə getməyə başlayacağıq.

6 avqust tarixində də kəndə məhz bu məntiqlə daxil olmuşduq. Yoxsa heç kimin qazını kəsməmişik və heç kimi hər hansı bir şeyə məcbur etməmişik. Ona görə deyirəm ki, dünən yanına getdiyimiz insanlar normal şəkildə, könüllü olaraq bizimlə razılaşdılar və sabah da belə olacaq.

İlk növbədə isə Nərimanın qazını kəsəcəyik. Çünki onun kommersiya obyektləri var və faktiki olaraq qaz oğurlayır. Onun obyektlərinin qazla təmin olunmaması üçün bütün hüquqi imkanlarımız var.

Bəs digərlərinin qazını niyə kəsməyəcəyik? Çünki onlar bizim abonentlərimiz kimi qeydiyyatdan keçiblər.

Bunlar kifayət qədər çox əmək tələb edən proseslərdir və müəyyən vaxt çərçivəsinə sığmalı olduğumuz üçün bu prosedurları vaxtında həyata keçirmək lazımdır. Çünki bir daha deyirəm, biz bu zərərə , qaz oğurlanmasına , yol verə bilmərik.

Mən başa düşürəm və istəyirəm ki, əhali bunu anlasın: biz səmimi şəkildə istəyirik ki, onlar bizim müştərilərimiz olsun və biz onlara xidmət göstərək. Onlar bizdən keyfiyyətli xidmət tələb etməlidirlər , bu, bizim öhdəliyimizdir.

Lakin cənab Nərimanın qanunsuz hərəkətlərinə qoşula bilmərik. Bu qanunsuz hərəkətlər nəticəsində artıq dəfələrlə əhali zərər çəkib. Biz buna bir daha yol verməyəcəyik.

ŞƏRH YAZ
7