Saxta qızılları lombarda qoyub on minlərlə lari əldə etdilər | Qardabanidə 2 nəfər saxlanılıb - VİDEO
Bugün
419
Kriminal
A
Saxta qızılları lombarda qoyub on minlərlə lari əldə etdilər | Qardabanidə 2 nəfər saxlanılıb - VİDEO

Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları tərəfindən qabaqcadan əlbir olan bir qrup tərəfindən külli miqdarda dələduzluq törətməkdə təqsirləndirilən 2 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

"İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustavi və Qardabanidə yerləşən mikromaliyyə təşkilatlarında müxtəlif vaxtlarda aldatma yolu ilə saxta qızıl əşyaları girov qoyaraq, həmin təşkilatların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Mikromaliyyə təşkilatlarına vurulmuş zərərin ümumi məbləği 59 min 870 lari təşkil edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxslər təqsirləndirilən şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərə məxsus avtomobil və yaşayış mənzilində aparılan axtarış zamanı qanunsuz yolla ələ keçirilmiş pul vəsaiti maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin 'a' bəndi və 3-cü hissəsinin 'b' bəndi ilə aparılır. Bu maddələr 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - məlumatda deyilir.

ŞƏRH YAZ
0