“SOCAR Georgia Gas” Qızılhacılı ilə bağlı bəyanat yayır
Bugün
603
Hadisə
A
“SOCAR Georgia Gas” Qızılhacılı ilə bağlı bəyanat yayır

“SOCAR Georgia Gas” şirkəti və "Mamed GAS" şirkətini arasındakı qalmaqal davam edir.

Bu barədə Aktual.ge xəbər portalına “SOCAR Georgia Gas”ın mətbuat xidmətindən məlumat verilib.

" 'Mamed' MMC uzun illər ərzində Qızılhacılı kəndinin əhalisindən istehlak edilmiş təbii qazın haqqını özbaşına, artırılmış tariflə tələb etmişdir. Bununla yanaşı, əhali üçün alınmış sosial qazın dəyərini ödəməmiş və yüz minlərlə lari məbləğində borc toplamışdır. Məhz lisenziya şərtlərinin dəfələrlə və sistemli şəkildə pozulması Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (GNERC/Semek) tərəfindən 'Mamed' MMC-nin 2026-cı il 1 avqustdan etibarən qazın paylanması üzrə lisenziyasının ləğv edilməsinə səbəb olmuşdur. 'Mamed' MMC qanunsuz fəaliyyətlərini davam etdirir və Qızılhacılı kəndində ayrı-ayrı abonentlərin qaz təchizatını özbaşına dayandırır. Əhaliyə bildiririk ki, qaz təchizatının və müvafiq xidmətlərin göstərilməsi, o cümlədən qazın dayandırılması və bərpası yalnız lisenziya sahibinin, artıq 2026-cı il 1 avqustdan etibarən 'SOCAR Georgia Gas' MMC-nin səlahiyyətindədir. 'Mamed' MMC daim təxribatlara əl atır, əhalini qorxudur və yanlış məlumatlandırır, həmçinin lisenziya sahibinin öz səlahiyyətlərini həyata keçirməsinə mane olur. Qaz infrastrukturu üzərində özbaşına həyata keçirilən fiziki müdaxilələr qanunvericiliyin pozulmasıdır və qaz təchizatının təhlükəsizliyi üçün risk yaradır. Qızılhacılı sakinlərinin 'SOCAR Georgia Gas' MMC-nin qaynar xəttinə etdiyi zənglər və qeyd olunan qanunsuz əməllərlə bağlı məlumatlar artıq hüquq-mühafizə orqanlarına təqdim edilmişdir" , - "SOCAR Georgia Gas" MMC-nin bəyanatında deyilir.

ŞƏRH YAZ
4