Kateqoriyalar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyası yayır.
“Görüşdə iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.
Tərəflər əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə hökumət başçısının Azərbaycana rəsmi səfəri zamanı imzalanmış sazişlərin strateji əhəmiyyəti vurğulanıb”, - məlumatda qeyd olunub.