Orta yaşlı kişi otel otağında ölü tapılıb
Bugün
65
Kriminal
A
Orta yaşlı kişi otel otağında ölü tapılıb

Zugdididə, "Mars" adlı oteldə otaqlarından birində 40 yaşlarında kişi meyiti tapılıb.

Aktual.ge IPN-ə istinadən xəbər verir ki, o, oteldə otağı dünən axşam kirayələyib, bu gün isə otel əməkdaşları onu ölü vəziyyətdə aşkar ediblər.

Yayılan məlumata görə, kişi ehtimal ki, işğal olunmuş Abxaziyadan Gürcüstanın nəzarət olunan ərazisinə dünən keçib və məhz həmin oteldə qalıb.

İlkin məlumata görө, mərhumun bədənində zorakılıq əlamətləri yoxdur. Yayılan məlumatlara görə, kişinin ölümünün narkotik vasitədən doza artıqlaması (overdoz) ilə əlaqədardır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
0