Giorgi Baramidzə həbs edilib
12.09.2026 23:40
221
Siyasət
A
Giorgi Baramidzə həbs edilib

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri, "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən olan Giorgi Baramidzeni məhkəməyə qədər həbs edib.

Aktual.ge xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bir gün əvvəl Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib. İddia olunur ki, keçmiş nazir yalan məlumat yayıb və bununla da Gürcüstanın imicinə ciddi ziyan vurub.

Gürcüstan qanunvericiliyinə görə, Baramidzeyə qarşı ittihamlar dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
1