Parlament sədrinin müxalifətə demədiyi qalmadı
Bugün
82
Siyasət
A
Parlament sədrinin müxalifətə demədiyi qalmadı

"Radikal müxalifət tam məyusluq içindədir, artıq xaricdən maliyyə və dəstək, o cümlədən siyasi dəstək ala bilmirlər".

Aktual.ge xəbər verir ki, bunu Parlamentin sədri Şalva Papuaşvili müxalifətdəki vəziyyəti şərh edərkən söyləyib.

“Əgər hamı satın alınmışdısa, o zaman 2024-cü il seçkilərində kim məğlub olub? Qoy bunu bizə izah etsinlər. Çox yaxşı proses gedir və biz bunu dəstəkləyirik. Bir daha deyirəm ki, ‘zəhərli toxumdan yaxşı meyvə yetişməz’. Bu gün radikal müxalifətin tam məyusluq içində olmasından sonra məhz həmin meyvəni görürük. Onlar artıq xaricdən maliyyə ala bilmirlər, əvvəllər əldə etdikləri dəstəyi, o cümlədən siyasi dəstəyi ala bilmirlər. Gürcüstan xalqı, eləcə də onların öz tərəfdarları onlara arxa çevirib.

Məyusluğun nəticəsi budur ki, onlar artıq öz əsl mahiyyətlərini ortaya qoyurlar. İndi baxdığınız budur, ey Gürcüstan xalqı, baxın, özünü ‘proavropalı’ adlandıran qrup məhz budur. Onların təsəvvürünə görə, hazırda şahidi olduğunuz şey Avropadır. Bu çirkinlik onların bizə təklif etdiyi Avropadır”, - deyə Şalva Papuaşvili qeyd edib.

ŞƏRH YAZ
0