2026-cı ilin ilk 8 ayında Gürcüstan və Suriyaya xam neft idxalı tamamilə Rusiyanın payına düşüb | Hesabat
Bugün
49
Dünya
A
2026-cı ilin ilk 8 ayında Gürcüstan və Suriyaya xam neft idxalı tamamilə Rusiyanın payına düşüb | Hesabat

2026-cı ilin ilk 8 ayında Gürcüstan və Suriyaya xam neft idxalı tamamilə Rusiyanın payına düşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətinin Rusiyanın enerji resurslarından qlobal asılılıqla bağlı hazırladığı hesabatda qeyd olunub.

Sənədi Ağ Evdə akkreditə olunmuş jurnalist Aleks Raufoğlu yayıb.

Yazıb ki, xam neft idxalına görə lider ölkələrin siyahısında ilk yerlərdə Gürcüstan və Suriya qərarlaşıb.

"Gürcüstan: İlin ilk 8 ayında ölkəyə ümumilikdə 4,6 milyon barel xam neft idxal edilib və onun 100 faizi Rusiyadan gətirilib.

Suriya: 13,5 milyon barel idxalın 99,8 faizi Rusiyanın payına düşüb.

Siyahıya həmçinin Macarıstan və Slovakiya daxil olub. Məlum olub ki, Macarıstanın neft idxalında Rusiyanın payı 93 faiz, Slovakiyada isə 65 faiz təşkil edib. Kubada bu göstərici 55 faiz, İranda 50 faiz, Bruneydə isə 41 faiz olub.

Sənədə əsasən, həcm baxımından Rusiyanın ən böyük neft alıcıları bunlardır:

Çin: 585 milyon barel (ümumi idxalın 25 faizi)

Hindistan: 453 milyon barel (ümumi idxalın 38 faizi)

Türkiyə: 44 milyon barel (ümumi idxalın 23 faizi)" , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
0