Maya Bitadze yeni mədəniyyət naziri təyin edilib
Bugün
28
Siyasət
A
Maya Bitadze yeni mədəniyyət naziri təyin edilib

Maya Bitadze Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.

Maya Bitadze daha əvvəl Gürcüstan parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2011–2017-ci illərdə Gürcüstanın ətraf mühitin mühafizəsi naziri, 2017–2020-ci illərdə isə Tbilisi merinin müavini olub.

Qeyd edək ki, Tinatin Ruxadze iyulun 28-də Gürcüstanın mədəniyyət naziri vəzifəsindən istefa verib.

ŞƏRH YAZ
1