Hökumət yanacağın qiymətinə müdaxilə edəcək?
09.10.2026 21:58
633
İqtisadiyyat
A
Hökumət yanacağın qiymətinə müdaxilə edəcək?

"Hazırda yanacağa tətbiq olunan aksiz vergisinin azaldılması məsələsi müzakirə olunmur".

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze məlumat verib.

Baş nazir bildirib ki, yanacağın qiymətinin artmasına Yaxın Şərqdə davam edən münaqişə səbəb olub. Buna görə də o, münaqişənin tezliklə tənzimlənəcəyinə və bunun təbii olaraq yanacağın qiymətinin aşağı düşməsinə gətirib çıxaracağına ümid edir.

“Hazırda belə bir məsələ müzakirə olunmur. Bilirsiniz ki, yanacağın qiymətinin artmasına Yaxın Şərqdə davam edən münaqişə səbəb olub. Ümid edirik ki, bu münaqişə tezliklə tənzimlənəcək və bu da təbii olaraq yanacağın qiymətini aşağı salacaq. Hadisələrin necə inkişaf edəcəyini gözləyəcəyik”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, yanacağın qiyməti bir sıra yanacaqdoldurma məntəqələrində, xüsusi ilə də dizelin qiyməti əlavə olaraq 10 tetriyə qədər, benzinin qiyməti isə 2-6 tetri artıb.

Dizelin qiyməti 5,07 lariyə, super benzinin qiyməti 4,65 lariyə, premium benzinin qiyməti 4,33 lariyə, regular benzinin qiyməti isə 4,08 lariyə çatıb.

Yanacağın bahalaşması mərhələli şəkildə, günlər və həftələr ərzində baş verib. Təkcə sentyabr ayında benzinin qiyməti 14-31 tetri, dizelin qiyməti isə 30-52 tetri artıb. Avqust-sentyabr aylarında isə benzinin qiyməti 42 tetriyə qədər, dizelin qiyməti isə 91 tetriyə qədər bahalaşıb.

ŞƏRH YAZ
6