Kateqoriyalar
Polşada Marneulidən olan 25 yaşlı gənc vəfat edib.
Aktual.ge xəbər verir ki, mərhum Marneulinin Candar qəsəbəsinin sakini Azər Mehdiyevdir.
Əldə edilən məlumata görə, gəncin ürəyi qəfil dayanıb. Onun işləmək məqsədilə Polşaya getdiyi bildirilir.
Hazırda mərhumun nəşinin Gürcüstana gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.
