21.04.2026 12:44
293
Dünya
A
"Biz gürcü xalqını dəstəkləyirik, lakin Gürcüstan hökumətini yox" | Aİ

"Biz gürcü xalqını dəstəkləyirik, lakin ölkəni yanlış istiqamətə aparan Gürcüstan hökumətini yox".

Aktual.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

Onun sözlərinə görə, Brüsselin Gürcüstan hakimiyyətinə münasibətdə mövqeyi dəyişməz olaraq qalır və tənqidi qiymətləndirmələrə əsaslanır.

Kaya Kallas Avropa İttifaqı gürcü xalqını dəstəkləyir, lakin ölkənin hazırkı siyasi kursunun demokratik standartlardan kənara çıxdığını qeyd edir.

"Biz Cənubi Qafqazı müzakirə edirik. Bizim üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması son dərəcə vacibdir. Həmçinin Ermənistan üçün yeni missiyanı və Azərbaycanla münasibətlər üzrə işi necə davam etdirə biləcəyimizi müzakirə etməyi planlaşdırırıq. Əlbəttə, biz Gürcüstanda baş verən hadisələri də müzakirə edəcəyik. Bu məsələyə yanaşmamız çox aydındır... Biz gürcü xalqını dəstəkləyirik, lakin ölkəni yanlış istiqamətə aparan Gürcüstan hökumətini yox.

Artıq qeyd etdiyim kimi, bugünkü müzakirələrin böyük hissəsi Ermənistan və Azərbaycana həsr olunacaq. Gürcüstan hökumətinə gəldikdə isə, mövqeyimiz çox aydındır. Onların seçdiyi yol, müxalifətə qarşı repressiyalar, medianın məhdudlaşdırılması və qəbul olunan qanunlar bizim üçün qəbuledilməzdir. Buna görə də, biz bu istiqamətdə müəyyən irəliləyişin görülməsinə həqiqətən ehtiyac duyuruq" , - o söyləyib.

ŞƏRH YAZ
0