Marneulidə övladlarını zorla evləndirməkdə ittiham olunan 3 nəfər saxlanıldı - VİDEO
20.10.2026 10:56
383
Siyasət
A
Marneulidə övladlarını zorla evləndirməkdə ittiham olunan 3 nəfər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünü nikaha məcburetmə və ailədaxili zorakılıq ittihamları ilə iki ayrı fakt üzrə Marneuli bələdiyyəsində üç nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük motivi ilə öz övladlarını, o cümlədən yetkinlik yaşına çatmayan övladlarını iradələrinin əksinə olaraq həmkəndliləri olan oğlanlarla evlənməyə məcbur ediblər.

“Polis əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər üç şəxsi saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹ və 126¹-ci maddələri ilə araşdırma aparılır. Sözügedən maddələr 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1