Marneulidə avtomobil yaşlı kişini vurub öldürüb -  VİDEO
20.10.2026 21:08
435
Siyasət
A
Marneulidə avtomobil yaşlı kişini vurub öldürüb - VİDEO

Marneuli–Sadaxlı magistralında yolu keçən 72 yaşlı Saimerlo sakini İmircala sakininin idarə etdiyi avtomobilin vurması nəticəsində həyatını itirib.

Aktual.ge hadisə yerindən xəbər verir ki, yaşlı kişi avtomobilin ona çırpılması nəticəsində yerindəcə həyatını itirib.

Yol-nəqliyyat hadisəsini törədən şəxs yerindəcə saxlanılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası, Fövqaladə Hallar Xidmətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisə ilə əlaqədar Aktual.ge xəbər portalının sorğusuna DİN-dən bildirilib ki, Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlayıb.

ŞƏRH YAZ
1