Fransa şənbə gününə hazırlaşır! Ordu küçələrə çıxacaq
Bugün
42
Dünya
A
Fransa şənbə gününə hazırlaşır! Ordu küçələrə çıxacaq

Fransa hökuməti sarı jiletlilərin 24 oktyabrda planlaşdırdığı nümayişlərdə cəlb olunacaq polis sayını və imkanlarını artıracağını bəyan edib.

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Sebastyen Lekornu ölkə miqyasında gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcəyini bildirərkən, Daxili İşlər naziri Loran Nunes isə "Sentinelle" adlı antiterror əməliyyatında xidmət edən hərbçilərin də cəlb ediləcəyini deyib.

 

Fransa cumartesi gününe hazırlanıyor! Ordu sokağa inecek

Müxtəlif yerlərdə tətbiq olunan qismən "Komendant saatı"nın davam edəcəyini bildirən Baş nazir Sebastyen Lekornu, sahibkarların mağazalarını bir daha qarət edilməsini istəmədiyini vurğulayıb. O sarı jiletlilərin 17 oktyabrdakı nümayişləri zamanı bəzi şəhərlərdə vaxtaşırı nəzarətin itirildiyini xatırladaraq, üsyançı qrupların Yelisey sarayına və Baş nazirliyə doğru irəliləməsinə icazə vermədiklərini qeyd edib.

Fransa Daxili İşlər naziri Loran Nunes də 24 oktyabrdakı nümayişlərdə cəlb olunacaq polis sayının və imkanlarının artırılacağını bildirib.

ŞƏRH YAZ
0