Nika Oboladze: Parlamentin boykot edilməsi “Gürcü Arzusu”na müxalifət partiyalarının qadağan olunması ilə bağlı arqument verib
Bugün
68
Siyasət
A
Nika Oboladze: Parlamentin boykot edilməsi “Gürcü Arzusu”na müxalifət partiyalarının qadağan olunması ilə bağlı arqument verib

“Parlamentin boykot edilməsi yanlış addım idi. Bu addımla ‘Gürcü Arzusu’ partiyaların qadağan olunması barədə danışmaq üçün müəyyən arqument əldə edib”, – deyə müxalif siyasətçi Nika Oboladze bildirib.

Aktual.ge xəbər verir ki, Oboladze müxalifət partiyalarının parlamenti boykot etmək qərarını mənfi qiymətləndirib. Onun sözlərinə görə, bu addım hakim partiyanın müxalifətin sabotaj fəaliyyəti ilə məşğul olduğu barədə ritorikasını gücləndirib.

Oboladze bildirib ki, ABŞ-ın Gürcüstandakı səfirliyi də bir neçə ay əvvəl yaydığı bəyanatla faktiki olaraq müxalifət partiyalarının parlamenti boykot etməsini pisləyib.

“Amerika səfirliyi bir neçə ay əvvəl bəyanat yaydı və, məsələn, müxalifəti institutlarda işləməyə və öz fikrini ifadə etməyə çağırdı. Nəticə etibarilə, ən azı mən bunu belə başa düşdüm, demək olar ki, boykotu pislədi.

Mən hesab edirəm ki, parlamentin boykot edilməsi yanlış idi. Düşünürəm ki, ABŞ səfirliyinin bu bəyanatı doğru idi. Parlamentin boykot edilməsinin yanlış olmasının səbəblərindən biri də budur ki, müəyyən mənada ‘Gürcü Arzusu’nun əlində arqument yaranır. Onlar partiyaların qadağan edilməli olduğunu, kimlərinsə öz funksiyasını yerinə yetirmədiyini və sabotajla məşğul olduğunu deyirlər”, – deyə Nika Oboladze “Rustavi 2” telekanalının efirində bildirib.

ŞƏRH YAZ
0