Polşada rusiyalı rəssamın qətli ilə bağlı Elnurdan sonra daha bir Gürcüstan vətəndaşı Mahmud.A saxlanılıb
Bugün
218
Siyasət
A
Polşada rusiyalı rəssamın qətli ilə bağlı Elnurdan sonra daha bir Gürcüstan vətəndaşı Mahmud.A saxlanılıb

Rusiyalı rəssam və Kremlin və Putinin tənqidçisi Semyon Skrepetskinin (əsl adı Robert Kuzavkov) qətli ilə bağlı Gürcüstanın daha bir vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, Mahmud A. Gürcüstandan Polşaya uçduqdan bir gün sonra həbs edilib. O, qətldə iştirak etməkdə, həmçinin odlu silahı və döyüş sursatlarını qanunsuz saxlamaqda ittiham olunur. Saxlanılan şəxs ittihamları qəbul etmir. Məhkəmə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

44 yaşlı Semyon Skrepetski bu il iyunun 15-də Polşanın Biala-Podlyaska şəhərində qətlə yetirilib. Ona beş dəfə atəş açılıb.

Cinayətdən üç gün sonra ilk şübhəli, Gürcüstan vətəndaşı Elnur A. saxlanılıb. İstintaqın versiyasına görə, Mahmud A. qətlin törədilməsində Elnur A.-ya kömək edirdi.

ŞƏRH YAZ
1